Burada Sənin ideyan dəstəklənir!

Gələcəyin innovatorları OBA ilə yetişir! OBA-nın yeni layihəsi olan SİD-in əsas məqsədi yalnız innovativ fikirlərin formalaşdığı yox, real layihələrə çevrildiyi davamlı bir ekosistem yaratmaqdır. Burada ideyalarınızı reallığa çevirmək, innovativ həllərinizi təqdim etmək və gələcəyin biznes dünyasını formalaşdırmaq üçün ehtiyacın olan bütün imkanlar səni gözləyir. Səni ilklərə imza atmağa dəvət edirik!

İndi Başla Ətraflı Öyrən
1+ İlk Layihə
100% İnnovasiya
İmkanlar

Haqqımızda

OBA-nın innovasiya ruhunu dəstəkləyən yeni platforması

OBA Startap, İnnovasiya və Dəstək

OBA Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli qonşu marketlər şəbəkəsidir. Əsas hədəfi gündəlik tələbat məhsullarını mümkün olan aşağı qiymət və yüksək keyfiyyətlə müştərilərə təqdim etmək olan OBA MMC SİD (Startap, İnnovasiya və Dəstək) layihəsinin yaradıcısıdır. OBA SİD pərakəndə satış sektorunda ilk startap və innovasiyalara dəstək layihəsidir.

Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafına töhfə vermək
OBA-nın daxili ehtiyaclarını qarşılayacaq innovativ həllər əldə etmək
Daxili və xarici istedadları kəşf etmək
Korporativ innovasiya mədəniyyətinin formalaşmasına töhfə vermək

SİD Layihəsi

Bu missiyamıza sadiq qalaraq həm daxili, həm də xarici komandaların öz ideyalarını təqdim etməsinə, mentor dəstəyi almasına və yaratdığımız yeni ekosistemdə sınaqdan keçirməsinə şərait yaradırıq. Çünki əminik ki, hər bir ideya gün işığına çıxarılmalıdır. Biz də öz növbəmizdə hər innovativ ideyanı dinləməyə və dəstəkləməyə hazırıq.

Unutma ki, burada innovativ ideyalar gerçəyə çevrilir!

Layihələrimiz

İnnovasiya və inkişaf üçün yaratdığımız platformalar

OBA Intrapreneurship


Əməkdaşlarımız üçün OBA Intrapreneurship tezliklə başlayır!

Şirkət əməkdaşları üçün nəzərdə tutulmuş bu istiqamət, daxili ideyaların inkişafı və reallaşdırılması üçün platforma yaradır. İştirakçılar real problemlərə innovativ həllər hazırlayır, mentor dəstəyi alır və ideyalarını prototip mərhələsinə gətirirlər.

Bu unikal təcrübənin bir hissəsi olmaq fürsətini qaçırma!

TEZLİKLƏ!

İnnovativ Həllər Marafonu

Şirkət xaricindən olan startap komandaları, mütəxəssislər və yaradıcı fərdlər üçün təşkil edilən açıq müsabiqədir. Burada real biznes problemlərinə tətbiq edilə bilən texnoloji və yaradıcı həllər təklif olunur. İştirakçılar öz layihələrini münsiflər qarşısında təqdim edir və ən yaxşı həllər mükafat qazanır.

Xəbərlər

Layihə ilə bağlı ən son yeniliklər və tədbirlər

Tezliklə
İnnovativ Həllər Marafonu 2025”in mövzusu elan edildi.

“OBA SİD innovativ ideyaların dəstəklənməsi və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması məqsədilə keçirilən “İnnovativ Həllər Marafonu”nun mövzusunu elan edir.

Müraciət et

İdeyanı gerçəkləşdirməyin vaxtıdır!

Müraciət üçün keçid

QR Code

Bizimlə əlaqə

Sualın / İdeyan var?

E-mail Ünvanı

Hər hansı sualınız üçün bizimlə əlaqə saxlayın

info@startup.oba.az
Telefon Nömrəsi

Birbaşa əlaqə üçün bizə zəng edin

099-208-80-27
Sosial media

Birbaşa əlaqə üçün bizə zəng edin

Tiktok Instagram Linkedin
Address

8 Noyabr Prospekti 15, Azure business – 3-cü mərtəbə