06.01.2026 Yeniləndi: 06.01.2026

Azərbaycan Fransız Universitetində SİD-in təqdimatı

Azərbaycan Fransız Universitetində OBA Marketlər Şəbəkəsinin SiD layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu üçün infosessiya təşkil olunub.


İlk olaraq şirkətimizin innovasiyanın və startapların inkişafına dəstək məqsədilə hazırlanmış SİD (Startap, İnnovasiya və Dəstək) layihəsi haqqında təqdimat edilib. Layihənin pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı olmaqla, daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləməsi vurğulanıb.

Tədbir tələbələr, gənc mütəxəssislər və innovasiya həvəskarları üçün açıq idi, onlara layihənin məqsədləri və imkanları haqqında birbaşa layihə komandasından öyrənmək şansı verdi. OBA tərəfindən həyata keçirilən layihə gənclərin innovativ ideyalarını işıqlandırmaq və onların inkişafına dəstək olmaq məqsədi daşıyır. Layihə Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafına töhfə verməklə yanaşı, gənclərə yaradıcılıq potensialını reallaşdırmağa kömək edir.


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn