06.01.2026 Yeniləndi: 06.01.2026

Azərbaycan Texniki Universitetində SİD-in təqdimatı

Azərbaycan Texniki Universitetində OBA Marketlər Şəbəkəsinin SiD layihəsi çərçivəsində təşkil olunan İnnovativ Həllər Marafonu üçün infosessiya keçirilib.


İlk olaraq şirkətimizin innovasiyanın və startapların inkişafına dəstək məqsədilə hazırlanmış SİD (Startap, İnnovasiya və Dəstək) layihəsi haqqında təqdimat edilib. Layihənin pərakəndə satış sahəsində ilk kompleks innovasiya proqramı olmaqla, daxili və xarici innovativ ideyaların reallaşdırılmasını hədəfləməsi vurğulanıb.

Daha sonra layihənin əsas istiqamətlərindən olan İnnovativ Həllər Marafonundan bəhs edilib. Qeyd olunub ki, həm AzTU-nun akademik və inzibati heyəti, həm də tələbələri fərdi və ya komanda şəklində marafonda iştirak edərək yaradıcı və innovativ həll yolları ilə müsabiqəyə müraciət edə bilərlər. Marafon müddətində mentor dəstəyi, prototip hazırlanması və yekun təqdimatlar nəzərdə tutulur. Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn