06.01.2026 Yeniləndi: 06.01.2026

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində SİD-in təqdimatı

Oktyabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “OBA Startap, İnnovasiya və Dəstək” ilə bağlı infosessiya təşkil olunub.


Tədbirdə universitetin İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin (İTİF), Energetika (EF) və Kimya texnologiya fükaltələrinin (KTF) tələbələri iştirak ediblər. Sessiyada marafonun məqsədləri, iştirak qaydaları, komanda formalaşdırılması və təqdim ediləcək imkanlar barədə tələbələrə ətraflı məlumat verilib. Sessiyada əsas diqqət Azərbaycanın startap və innovasiya ekosisteminin inkişafı, yaradıcı gənclərə dəstək və innovativ həll üsullarından istifadə imkanlarına yönəlib.

Tədbirdə layihənin əsas istiqamətlərindən olan İnnovativ Həllər Marafonundan bəhs edilib, həmçinin layihədə iştirak üçün qeydiyyat tarixi, mükafatlandırma mərhələsi və s. haqqında məlumatlar da diqqətə çatdırılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn