26.12.2025

İnnovativ Həllər Marafonu 2025”in mövzusu elan edildi.

“OBA SİD innovativ ideyaların dəstəklənməsi və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması məqsədilə keçirilən “İnnovativ Həllər Marafonu”nun mövzusunu elan edir.


OBA SİD innovativ ideyaların dəstəklənməsi və müştəri təcrübəsinin daha da yaxşılaşdırılması məqsədilə keçirilən “İnnovativ Həllər Marafonu”nun mövzusunu elan edir. Bu ilki mövzu Müştəri məmnuniyyəti olaraq müəyyən edilmişdir.

Marafonda iştirak edəcək komandalar müştəri yönümlü həllər təklif etməklə həm OBA MMC-nin xidmət keyfiyyətinə, həm də ümumilikdə Azərbaycanın innovasiya ekosisteminin inkişafına töhfə vermək imkanı qazanacaqlar.

Mövzu üzrə istiqamətlər:

1. “Qonşu market” konsepsiyasının inkişafı

OBA marketləri hər gün yüz minlərlə insanın qısa müddətli və gündəlik alış-veriş ehtiyaclarını qarşılayır. Bu istiqamət iştirakçılardan qonşuluqda yaşayan insanların həyat tərzini nəzərə alaraq “kiçik, tez və rahat” alış-veriş vərdişlərini daha da möhkəmləndirəcək həllər təklif etməyi hədəfləyir. Məqsəd – müştərinin evinə ən yaxın və əlçatan seçim olaraq OBA-nın mövqeyini gücləndirməkdir.

2. Müştəri məlumatlarının səmərəli istifadəsi

OBA-da hər gün yüz minlərlə müştəri alış-veriş edir. Onların seçimləri, məhsul zövqləri, alış vaxtı və tezliyi kimi məlumatlar rəqəmsal texnologiyalar vasitəsilə dəyərləndirilə bilər. Bu istiqamət süni intellekt və CRM texnologiyalarından istifadə etməklə müştərilərə fərdi yanaşmanı necə inkişaf etdirmək barədə ideyaların hazırlanmasını nəzərdə tutur.

3. Şikayətlərin və məhsul idarəsinin optimallaşdırılması

Müştəri şikayətlərinə gec cavab verilməsi, məhsul qıtlığı və ya artıqlığı kimi hallar həm müştəri məmnuniyyətinə, həm də şirkətin imicinə təsir edə bilər. Bu istiqamət çərçivəsində iştirakçılar süni intellekt əsaslı sistemlərlə anlıq rəylərin toplanması, şikayətlərin avtomatik yönləndirilməsi və eyni zamanda məhsul tələbinin düzgün proqnozlaşdırılması üçün innovativ həllər təqdim etməlidirlər.

4. Sərbəst istiqamət

İştirakçılara əlavə olaraq sərbəst seçim imkanı da verilir. Bu istiqamətdə komandalar müştəri məmnuniyyəti ilə bağlı hər hansı digər problem sahəsini müəyyən edib, həmin problemə innovativ və texnoloji yanaşma ilə həll təklif edə bilərlər.

Son qeydiyyat tarixi: 19 oktyabr 2025


Şəkillər
Blog Image
Paylaş
Facebook Twitter LinkedIn